
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub.
Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı.
Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.