
"Azərbaycan uzun illər ərzində sabit qaz təchizatı ilə tərəfdaşlarına dəstək olub".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə təchiz olunur. Onlardan 10-u Avropa İttifaqı ölkələridir: "Azərbaycan uzun illər ərzində sabit qaz təchizatı ilə tərəfdaşlarına dəstək olub. Bir çox ölkələr neft və neft məhsulları da təchiz edirik.
Qlobal tərəfdaşlıq sərmayələrinin stimullaşdırılmasına şərait yaradır və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər öz mənfəətlərini yenidən investisiya edirlər".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.