29-09-2026, 21:48 102

Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər

Bakıda yolların təmiri zamanı ayrı-ayrı küçə və prospektlərin tam və ya qismən bağlanması sürücülər üçün əlavə çətinliklər yaradır.

AVESTA.AZ-in məlumatına görə, xüsusilə nəqliyyatın intensiv olduğu ərazilərdə belə məhdudiyyətlər tıxacların artmasına və alternativ yollarda hərəkətin yüklənməsinə səbəb olur.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, yol təmiri zamanı hərəkətin tam dayandırılması yeganə həll yolu olmamalıdır.

Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər

Ekspertin sözlərinə görə, bunun üçün dünyada tətbiq olunan müasir texnologiyalardan, o cümlədən təmir sahəsinin üzərindən müvəqqəti hərəkət hissəsi yaradan mobil yolötürücü konstruksiyalardan istifadə etmək mümkündür:

"İsveçrədə ASTRA şirkətinin bu istiqamətdə tətbiq olunan təcrübəsini nümunə götürə bilərik. Belə konstruksiyalar təmir olunan hissənin üzərindən avtomobillərin hərəkətini davam etdirməsinə, eyni zamanda yol işçilərinin aşağıda qorunan zonada təmir işləri aparmasına imkan verir.

257 metr uzunluğundakı konstruksiya iki hərəkət zolağını daşıya və avtomobillərin saatda 60 kilometrədək sürətlə hərəkətinə şərait yarada bilir.

Bu yanaşmanın əsas üstünlüyü yolun tam bağlanmasına ehtiyacın azalmasıdır. Beləliklə, gündüz saatlarında təmir işlərinin aparılması mümkün olur, gecə işlərinə və əlavə yol məhdudiyyətlərinə ehtiyac azalır, sürücülərin alternativ marşrutlara yönləndirilməsi minimuma endirilir və təmir müddətində yolun buraxıcılığı qorunur".

Rauf Ağamirzəyev qeyd edib ki, ilkin tətbiq zamanı ortaya çıxan problemlər nəzərə alınaraq konstruksiya təkmilləşdirilib və 2024-cü ildə yenidən istifadəyə verilib:

"Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı və digər şəhərlərdə nəqliyyat intensivliyinin yüksək olduğu magistral və küçələrdə bu tip mobil konstruksiyaların pilot tətbiqini nəzərdən keçirə bilər.

Yol təmirində məqsəd yalnız asfalt örtüyünü yeniləmək deyil. Təmir prosesi zamanı da şəhərin nəqliyyat sisteminin işləməsi təmin olunmalıdır. Yolu bağlamaq sonuncu, texnologiya ilə hərəkəti qorumaq isə prioritet həll olmalıdır".

Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər

Paylaş

Xəbər lenti

Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə Dünən, 23:48 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik" Dünən, 23:48 "ASELSAN" Naxçıvanda zavod yaradacaq Dünən, 23:48 Zığ şosesində yük maşını aşdı: Yol bağlandı Dünən, 23:48 Azərbaycanda toyda kütləvi zəhərlənmə Dünən, 23:48 Azərbaycan-Rusiya hərbi əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub Dünən, 22:48 Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər Dünən, 22:48 Həsənzadə: ABŞ SEPAH və "Bəsic" qərargahlarına hücumla heç nəyə nail olmayıb Dünən, 22:48 Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir Dünən, 22:48 ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk Dünən, 22:48 İstilik pulunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Yeni güzəşt imkanı açıqlandı Dünən, 21:48 Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub" Dünən, 21:48 "Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar Dünən, 21:48 Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq Dünən, 21:48 Metroda xətlərin ayrılmasının maliyyə yükü - Ziyan necə kompensasiya olunacaq? Dünən, 20:48 Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib Dünən, 20:48 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb Dünən, 20:48 Həbsdə olan vəkillər azadlığa buraxıldılar Dünən, 20:48 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Dünən, 20:48 Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU Dünən, 19:48 Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB Dünən, 19:48 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Dünən, 19:48 "McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb Dünən, 19:48 "Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" Dünən, 19:48 Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Dünən, 19:48 "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Dünən, 19:48 SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Dünən, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Dünən, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Dünən, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Dünən, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Dünən, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Dünən, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Dünən, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Dünən, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Dünən, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Dünən, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Dünən, 17:48 Kredit faizləri niyə azalmır? Dünən, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Dünən, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Dünən, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Dünən, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Dünən, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Dünən, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Dünən, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Dünən, 16:48 Hərbçilərin əməkhaqları artırılır Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR