1-10-2026, 11:48 161

"Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın iştirakçısı olan müəssisələrin nümayəndələri istehsalatda tətbiq edilən texnoloji həllərlə yerində tanış olublar.

"Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" çərçivəsində həyata keçirilən "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın iştirakçısı olan müəssisələrin nümayəndələri üçün "Azərsun Holdinq"in Sumqayıtda yerləşən "Bakı Qida Yağ Fabriki"nə təcrübə paylaşımı səfəri təşkil olunub. Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə keçirilib.

Səfərin məqsədi proqrama qoşulan müəssisələrin texnoloji transformasiya həllərinin real istehsal mühitində tətbiqi ilə yaxından tanış olması, təcrübənin bölüşülməsi və hazırlanmış transformasiya yol xəritələrinin icrasına dəstək göstərilməsi olub.

4SİM-in layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə bildirib ki, 18 müəssisənin qoşulduğu proqram çərçivəsində şirkətlərin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və onların ehtiyaclarına uyğun transformasiya yol xəritələri hazırlanıb. Qeyd olunub ki, yol xəritələrində nəzərdə tutulan texnoloji həllərlə real istehsal mühitində fiziki tanışlıq müəssisələrə həmin həllərin praktik tətbiq mexanizmini və istehsal prosesinə təsirini yerində görməyə imkan verir. Bu yanaşma şirkətlərin öz transformasiya planlarında nəzərdə tutulan texnologiyaların tətbiqi ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul etməsinə, uğurlu təcrübələrin müəssisələr arasında paylaşılmasına və texnoloji transformasiya prosesinin sürətləndirilməsinə töhfə verir.

"Bakı Qida və Yağ Fabriki"nin direktoru Şahəddin İbrahimov müəssisədə tətbiq olunan istehsalın idarə edilməsi sistemi (MES – Manufacturing Execution System) barədə təqdimatla çıxış edib. MES müəssisənin biznes planlama sistemi ilə istehsalatdakı avadanlıq və idarəetmə sistemləri arasında məlumat mübadiləsini təmin edir, sifarişlərin icrası, avadanlıqların fəaliyyəti və dayanmaları, keyfiyyət göstəriciləri və xammal sərfinin real vaxt rejimində izlənilməsinə imkan yaradır. Bu yanaşma idarəetmə qərarlarının faktiki istehsal məlumatları əsasında qəbul edilməsini dəstəkləyir.

Daha sonra iştirakçılar fabrik turu zamanı istehsal prosesini və tətbiq edilmiş rəqəmsal həllərin praktiki istifadəsini müşahidə edib, müəssisənin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" yerli müəssisələrin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsini, fərdiləşdirilmiş transformasiya yol xəritələrinin hazırlanmasını, bilik və bacarıqların gücləndirilməsini, maliyyə və icra dəstəyinin göstərilməsini nəzərdə tutur. Müəssisələr proqram barədə ətraflı məlumat və qoşulmaq üçün https://industry4.az saytından keçid edə bilərlər.

Paylaş

Xəbər lenti

Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Bu gün, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Bu gün, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Bu gün, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Bu gün, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Bu gün, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Bu gün, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Bu gün, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR