
Əməkdar artist Lalə Məmmədova pedaqoji fəaliyyətindən danışıb.
AVESTA.AZ xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan ifaçı Milli Aviasiya Akademiyasında çalışdığını bildirib.
Əməkdar artist orada ingilis dilindən tərcüməçi işləyir.
Qeyd edək ki, sənətçi illər əvvəl Milli Konservatoriyada ingilis dili müəllimi olaraq çalışıb.
O 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olaraq bu Ali təhsil ocağını bitirib.
Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.