
Aktrisa və prodüser Hilari Svonk 52 yaşında üçüncü dəfə ana olacaq.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.
52 yaşlı aktrisanın böyük övladları əkizdir. Onlardan biri oğlan, o biri isə qızdır. Onlar 2023-cü ilin aprel ayında dünyaya gəliblər.
O zaman Svankın 48 yaşı var idi və o, bunu tam bir möcüzə adlandırmışdı.
Aktrisa, əkizlərə hamilə olduğunu 2022-ci ilin oktyabr ayında "Good Morning America" verilişində elan etmişdi. Aktrisa buna inana bilmədiyini demişdi.
Xatırladaq ki, Hilari Svonkun analıq yolu düşünülmüş formada olub. O 37 yaşında yumurtalarını dondurub.
"Xoşbəxtlikdən, bu fürsət mənim əlimdə idi", - deyə o, bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.