
Şəmkirdəki "N" saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş. Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.
Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş.
***16:25
Azərbaycanda gənc əsgər vəfat edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.az-a məlumat daxil olub.
Məlumata görə, gənc əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.
O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.