Bu gün, 19:48 59

Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?

Azərbaycan müəssisələrinin Avropa İttifaqı (Aİ) bazarına çıxışı son illərdə müəyyən qədər genişlənib. Aİ-yə məhsul ixracına icazə verilmiş müəssisələrin sayı 2018-ci ildəki 2-dən 2025-ci ildə 12-yə yüksəlib. Bu, say baxımından altıqat artım deməkdir. Bununla belə, Azərbaycanın iqtisadi və ixrac potensialı nəzərə alındıqda, Aİ bazarına çıxış əldə edən müəssisələrin ümumi sayının hələ də olduqca məhdud olduğu görünür. Akvakulturada yetişdirilən nərəkimilərin kürüsünün Aİ-yə ixracına icazə verilməsi, Azərbaycanın heyvanmənşəli məhsulların ixracına icazə verilən ölkələr siyahısına daxil edilməsi və fındıq ixracında "yaşıl dəhliz" rejiminin tətbiqi mühüm irəliləyişlər kimi qiymətləndirilə bilər. Lakin bu addımlar Azərbaycan məhsullarının Avropa bazarında geniş və dayanıqlı təmsilçiliyinə çevrilmək üçün hələ kifayət etmir. Bəs görəsən müəssisələrimiz Aİ bazarına çıxış üçün hansı tələbləri yerinə yetirməlidir? Azərbaycan şirkətləri Aİ-nin böyük istehlak bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qeyri-neft ixracı baxımından mühüm nailiyyət

İqtisadçı Eyyub Kərimli bildirib ki, Avropaya ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edən müəssisələrin sayının artması müsbət haldır: "Bu, ölkədə qeyri-neft sektorunun inkişafı və qeyri-neft ixracının genişlənməsi baxımından əlavə nailiyyətdir. Eyni zamanda, bu, ixrac gəlirlərinin artırılması üçün mühüm imkanlar yaradır. Amma onu da qabartmaq lazımdır ki, bu gün kənd təsərrüfatı məhsullarımızın Avropa bazarına ixracı ilə bağlı müəyyən çətinliklər mövcuddur və bu istiqamətdə ciddi işlər aparılmalıdır".

E.Kərimli vurğulayıb ki, əsas məsələlərdən biri Azərbaycan müəssisələrinin Avropa standartlarına uyğunlaşdırılmasıdır: "Fermer təsərrüfatlarının ISO standartlarını əldə etməsi üçün dövlət tərəfindən dəstək göstərilməlidir. Avropada qida məhsulları ilə bağlı ciddi tələblər və yüksək standartlar mövcuddur. Bununla belə, Azərbaycan məhsullarının təbiiliyi və genetik modifikasiya olunmuş məhsulların payının aşağı olması onları Avropa bazarında rəqabətli edə bilər. Təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarımızın bu bazarda kifayət qədər böyük potensialı var".

"Fermerlərin konsolidasiyası vacibdir"

İqtisadçının sözlərinə görə, Aİ-yə ixrac icazəsi əldə edən müəssisələrin sayı növbəti illərdə daha da artmalıdır. Bunun üçün fermerlərin konsolidasiyası və kooperasiyaların yaradılması, istehsalçıların maarifləndirilməsi, onlayn ticarət platformalarının inkişaf etdirilməsi, eləcə də müvafiq beynəlxalq standartların əldə olunması istiqamətində ciddi fəaliyyət göstərilməlidir. Bu prosesdə dövlət fermerlərə və sahibkarlara daha geniş dəstək verməlidir.

"12 müəssisə başlanğıc mərhələsi üçün normal göstəricidir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, müəssisələrin sayının 2-dən 12-yə yüksəlməsi müsbət dinamikadır və inkişaf göstəricisi hesab oluna bilər: "Kənd təsərrüfatı və qida istehsalı potensialı yüksək olan Azərbaycan kimi ölkə üçün, təbii ki, 12 müəssisə, hətta 120 müəssisə belə az sayıla bilər. Lakin nəzərə almaq lazımdır ki, Avropa bazarına daxil olmaq üçün fərqli və kifayət qədər sərt tələblər mövcuddur".

V.Oruc qeyd edib ki, məhsulların sertifikatlaşdırılması, standartlara cavab verməsi və Avropa bazarında mövcud olan məhsullarla keyfiyyət göstəriciləri baxımından uyğunluq təşkil etməsi tələb olunur: "Bu tələbləri hər bir müəssisə yerinə yetirə bilmir. Bununla belə, müayinə tezliyinin 20 faizə endirilməsi və ixrac üçün sertifikat tələbinin aradan qaldırılması müsbət tendensiyadır. Bu, göstərir ki, Azərbaycan məhsulları artıq Avropa bazarında müəyyən qədər özünü təsdiqləyir".

"Aİ bazarında əsas tələb qida təhlükəsizliyidir"

İqtisadçı vurğulayıb ki, Aİ bazarında qida təhlükəsizliyi, məhsulların izlənəbilən olması, laboratoriya nəzarəti və istehsal proseslərinin müvafiq standartlara uyğunluğu ilə bağlı tələblər kifayət qədər sərtdir: "Bu tələblər yalnız postsovet ölkələri üçün deyil, dünyanın bütün dövlətləri üçün tətbiq olunur. Avropa İttifaqı bu standartlar vasitəsilə həm daxili bazarını qoruyur, həm də istehsal olunan məhsulların rəqabət qabiliyyətini artırır. Eyni zamanda, bazarın yüksək keyfiyyət və prestij səviyyəsini qorumaqla daha keyfiyyətli məhsulların öz bazarına daxil olması üçün şərait yaradır".

Ekspert bildirib ki, 12 müəssisə Azərbaycanın ixrac potensialı ilə müqayisədə başlanğıc mərhələsi üçün normal göstərici sayıla bilər. Lakin bu rəqəmlə kifayətlənmək düzgün deyil: "Əgər yeddi-səkkiz il ərzində müəssisələrin sayı 2-dən 12-yə yüksəlibsə, bunu çox böyük göstərici hesab etmək olmaz. Lakin mövcud şərtləri, Azərbaycan bazarının hazırkı səviyyəsini və postsovet məkanının xüsusiyyətlərini nəzərə alsaq, bu vəziyyəti ciddi şəkildə tənqid etmək də düzgün deyil. Əsas məsələ bundan sonra Avropa bazarına daxil olmaq üçün zəruri şərtlərin təmin edilməsidir".

Müəssisələr hansı tələblərə cavab verməlidir?

V.Oruc deyib ki, ilk növbədə istehsal müəssisələri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: "ISO sertifikatlaşdırmasının tətbiqi, idarəetmə prinsiplərinin yenilənməsi, ekoloji təmizlik, məsuliyyət və sosial məsuliyyətlilik kimi prinsiplərin müəssisələrin istehsal və idarəetmə proseslərinə inteqrasiyası vacib şərtlərdir. Təəssüf ki, Azərbaycanda bir çox müəssisə hələ də keçmiş sovet dövrünün idarəetmə prinsipləri ilə fəaliyyət göstərir. Müasir yanaşmalar tətbiq edən müəssisələr olsa da, onların sayı kifayət qədər deyil".

Ekspert vurğulayıb ki, ikinci mühüm məsələ məhsulların istehsalı üzrə laboratoriya və nəzarət sistemlərinin qurulmasıdır: "Müayinə və sənədləşmə prosesləri yüksək səviyyədə təşkil edilməli və Avropa standartlarına uyğun şəkildə aparılmalıdır".

V.Oruc bildirib ki, məhsulun xammal mərhələsindən hazır məhsula qədər izlənəbilənliyinin təmin olunması əsas tələblərdən biridir.

Paylaş

Xəbər lenti

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Bu gün, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Bu gün, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Bu gün, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Bu gün, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Bu gün, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Bu gün, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Bu gün, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Bu gün, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Bu gün, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Bu gün, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Bu gün, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Bu gün, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Bu gün, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Bu gün, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Bu gün, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Bu gün, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Bu gün, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Bu gün, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR