
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min ABŞ dolları dəyərində mal ixrac edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Dövlət Gömrük Komitəsindən bildirilib.
9 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Bunun 95,5 min ABŞ dolları ötən ayın payına düşüb.
Xatırladaq ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.