
Bakıda azyaşlı uşaq iki il ərzində burnunda gilas tumu ilə yaşayıb.
AVESTA.AZ xəbər verir ki, lor-cərrah Kamil Cəfərovun sözlərinə görə, burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecələr narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər müşahidə olunub.
Həkim bildirib ki, ilkin olaraq uşağa əməliyyat olunmaq tövsiyə edilsə də, sonradan gilas tumunu tibbi alətlərin köməyi ilə burundan çıxarmaq mümkün olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.