Bu gün, 10:50 75

Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

AVESTA.AZ bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.

Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdud olması sürücülərin daha uzun məsafə qət etməsinə, müəyyən küçələrdə nəqliyyat sıxlığının yaranmasına, eləcə də M-1 və M-4 magistral avtomobil yollarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olur.

Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların inşası, həmçinin mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla Xırdalan şəhərinin M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələri genişləndiriləcək, şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, bu istiqamətdə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Bir-birini tamamlayan hər iki layihənin reallaşdırılması nəticəsində Xırdalanın şəhərdaxili yol şəbəkəsi ilə əsas magistrallar arasında alternativ nəqliyyat əlaqələri formalaşacaq.

Nəticədə sürücülərin əlavə məsafə qət etməsinə ehtiyac azalacaq, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkün olacaq və şəhərin daxili küçələrində sıxlığın azalması üçün şərait yaranacaq.

Layihələrin əsas məqsədi Xırdalan sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, hərəkətin rahatlığını və təhlükəsizliyini artırmaq, şəhərin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.

Paylaş

Xəbər lenti

Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48 Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış Bu gün, 11:48 Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ? Bu gün, 11:48 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 11:48 Anar Bayramov səhiyyə naziri təyin edilib Bu gün, 11:48 Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib Bu gün, 11:48 Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE Bu gün, 11:48 Baş nazirin müavini təyin edilən Teymur Musayevin DOSYESİ Bu gün, 11:48 ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub Bu gün, 11:48 Küləkli hava ilə bağlı sürücülərə VACİB MÜRACİƏT Bu gün, 10:51 Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə Bu gün, 10:50 Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi Bu gün, 10:50 Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu Bu gün, 10:49 Fransalı nazir istefa ərizəsini yazdı Bu gün, 10:49 Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb Bu gün, 10:49 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib Bu gün, 10:48 Fransada etirazlardan sonra bəzi aksiyaların qadağan edilməsi gündəmə gəlib Bu gün, 10:48 "Neftçi" Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu "Qarabağ"a vurub Bu gün, 10:48 Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi Bu gün, 10:48 Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət Bu gün, 09:48 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? Bu gün, 09:48 Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək Bu gün, 09:48 FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb Bu gün, 09:48 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub Bu gün, 09:48 Gəncədə bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti açıqlandı Bu gün, 09:48 Bakının bu rayonunda iki gün SU OLMAYACAQ Bu gün, 08:48 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi Bu gün, 08:48 Bank əməliyyatlarında yeni ödəniş: Vətəndaşı nə gözləyir? Bu gün, 08:48 Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Plastik tullantılardan peçenye hazırlanır? Bu gün, 08:48 Paytaxtda 15 yolda tıxac var Bu gün, 08:48 Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? Bu gün, 08:48 Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR