Dünən, 16:48 151

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Azərbaycanda dövlətin müstəsna iştirak etdiyi bəzi bazarların və xüsusi tənzimlənən infrastruktur sahələrinin mərhələli şəkildə rəqabətli bazar modelinə keçirilməsi imkanları araşdırılacaq. Milli Fəaliyyət Planına əsasən, 2028-2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ilk növbədə rəqabətə açılması mümkün olan məhsul və xidmət bazarları müəyyənləşdiriləcək. Bu proses dövlət inhisarlarının tam və ya qismən özəlləşdirilməsini, özəl sektorun bazara çıxış imkanlarının genişləndirilməsini və idarəetmədə yeni modellərin tətbiqini gündəmə gətirir. Xüsusilə poçt, internet infrastrukturu, yol tikintisi, enerji istehsalı və digər xidmət sahələrində rəqabətin yaradılması imkanları müzakirə olunur. Maraqlıdır, Azərbaycanda hansı dövlət inhisarlarında rəqabətli bazar modelinə keçid daha real görünür?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

"Rəqabət dövlət vəsaitlərinə qənaət edə bilər"

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət inhisarlarının rəqabətli sistemə keçirilməsi və özəl sektorun bu prosesə cəlb olunması uzun müddətdir müzakirə edilən məsələlərdəndir: "Azərbaycan iqtisadiyyatının şəffaflaşması və kölgə iqtisadiyyatının minimuma endirilməsi fonunda bu istiqamətdə addımların atılması daha da zəruri görünür. Bu proses, eyni zamanda, dövlət vəsaitlərinə qənaət edilməsi, eləcə də müvafiq sahələrdə istehsal və xidmətlərin daha aşağı maya dəyəri ilə və rəqabətli şəkildə təmin olunması baxımından əhəmiyyətlidir. İqtisadi nəzəriyyə, qlobal təcrübə və müxtəlif ölkələrin nümunələri göstərir ki, məhsul və xidmətlərin özəl sektor tərəfindən istehsal olunması bir çox hallarda daha aşağı maya dəyərinə və daha yüksək səmərəliliyə səbəb olur. Buna görə də inkişaf etmiş ölkələrdə özəl sektorun bu istiqamətdə təşviq edildiyini görürük. Azərbaycanda da Milli Fəaliyyət Planına uyğun olaraq bu sahədə addımların atılması istisna deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, son dövrlərdə struktur islahatları genişlənir, müxtəlif qurumların birləşdirilməsi və idarəetmə strukturunun yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu dəyişikliklər dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına imkan yarada bilər".

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

"Sahələr müəyyən meyarlar əsasında seçilməlidir"

V.Bayramov bildirir ki, konkret olaraq hansı sahələrdə rəqabətli bazar modelinin tətbiq ediləcəyinə müvafiq qiymətləndirmələrdən sonra qərar verilə bilər: "Bu istiqamətdə araşdırmaların və təhlillərin aparılması nəzərdə tutulur. Burada əsas meyarlardan biri müvafiq sektorun dövlət tərəfindən nə dərəcədə subsidiyalaşdırılması, həmin istiqamətə nə qədər vəsait ayrılması, eləcə də istehsal olunan məhsul və xidmətlərin maya dəyərinin özəl sektorun göstəriciləri ilə müqayisəsidir. Bu meyarlar nəzərə alınmaqla, rəqabətə açılması mümkün olan sahələri və ya şirkətləri müəyyənləşdirmək olar. Söhbət, əsasən, dövlətin təbii inhisarçı olduğu sahələrdən gedir. Lakin beynəlxalq təcrübə göstərir ki, müxtəlif sektorlar üzrə fərqli yanaşmalar tətbiq olunur. Bəzi hallarda dövlət səhmlərin bir hissəsini özəl sektora satır, əsas səhm paketini isə özündə saxlayır. Digər hallarda idarəetmə özəl sektora həvalə olunur. Elə sahələr də var ki, özəl sektorun həmin istiqamətə marağını artırmaq və onun qərarvermə imkanlarını genişləndirmək üçün səhmlərin daha böyük hissəsi satılır. Buna görə də yanaşma konkret sektordan və onun strateji əhəmiyyətindən asılı olaraq dəyişir".

"Poçt, internet və yol tikintisi rəqabətə açıla bilər"

İqtisadçı-ekspert Emin Qəribli hesab edir ki, bu məsələ diqqətlə təhlil olunmalıdır: "Elektrik enerjisi, su və qaz təchizatı kimi sahələr müxtəlif ölkələrdə həm dövlət, həm də özəl sektor tərəfindən idarə olunur. Eyni yanaşmanı "Azərbaycan Dəmir Yolları" və digər oxşar xidmət sahələrinə də tətbiq etmək mümkündür. Bununla belə, etiraf etmək lazımdır ki, bu cür infrastruktur sahələri böyük həcmdə kapital tələb edir. Mövcud reallıqları nəzərə alaraq düşünürəm ki, həmin sahələr hələlik özəl sektor üçün kifayət qədər cəlbedici və yüksəkgəlirli olmaya bilər".

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

E.Qəriblinin sözlərinə görə, bəzi istiqamətlər fərqli yanaşma tələb edir: "Yol tikintisi, infrastruktur quruculuğu, poçt xidmətləri və internet xidmətlərinin göstərilməsi kimi sahələrin tədricən özəl sektora verilməsi daha məqsədəuyğun ola bilər. Hesab edirəm ki, bu fəaliyyət növləri dövlət inhisarından çıxarılaraq tamamilə özəl idarəetməyə keçirilə bilər. Lakin bu proses kəskin şəkildə deyil, ciddi hazırlıq işləri aparıldıqdan sonra mərhələli şəkildə həyata keçirilməlidir. Nümunə kimi yaşıl enerjinin istehsalını göstərmək olar. Müşahidə edirik ki, alternativ enerji istehsalında artıq Çin və ərəb şirkətləri kimi xarici investorlar fəal iştirak edirlər. Lakin istehsal olunan enerjinin daxili bazarda bölüşdürülməsi hələ də "Azərişıq" kimi dövlət qurumlarının səlahiyyətində qalır. İnanıram ki, gələcəkdə ölkə iqtisadiyyatı inkişaf etdikcə, bu xidmət sahələrində də özəl sektorun iştirakı genişlənəcək".

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

"Strateji sahələrdə dövlət nəzarəti qorunmalıdır"

Ekspertin fikrincə, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun iqtisadiyyatda payının artırılması üçün dövlətin bəzi idarəetmə səlahiyyətləri mərhələli şəkildə özəl sektora ötürülməlidir. Bununla yanaşı, bəzi strateji sahələrin tamamilə özəlləşdirilməsi məqsədəuyğun deyil: "Məsələn, təhsil müəssisələrini götürək. Uzun müddət bu sahənin dövlət inhisarından çıxarılması təklif edilsə də, şəxsən mən təhsilin bütövlükdə özəl sektora verilməsini doğru hesab etmirəm. Düzdür, hazırda özəl sektor inkişaf edərək məktəblər şəbəkəsi formalaşdırıb. Lakin təhsil kimi həssas sahələrdə dövlət nəzarətinin qorunması bu gün də özünü doğruldur".

Paylaş

Xəbər lenti

"Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Bu gün, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Bu gün, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Bu gün, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Bu gün, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Bu gün, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Bu gün, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Bu gün, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq Bu gün, 15:48 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48 Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var Bu gün, 14:48 Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib Bu gün, 14:48 Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb Bu gün, 14:48 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR