
Bakının Sabunçu rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“AVESTA.AZ”un məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Bayramlı Elmurad Rafiq oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.