7-02-2023, 01:50 802

Türkiyədə zəlzələ qurbanlarının sayı 2 379 nəfərə çatıb - YENİLƏNİB-13

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb.

"AVESTA.AZ"un məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Fuad Oktay qeyd edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı bütün işlər Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nəzarəti altındadır.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

00:45

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

“AVESTA.AZ”un xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

23:14

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

21:28

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.

19:40

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. 

17:54

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8533-ə çatıb.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

17:35

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

“AVESTA.AZ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.  

16:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

“AVESTA.AZ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

14:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

“AVESTA.AZ” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

“Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 maqnitudalı, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib. 

11:05

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

“AVESTA.AZ” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1 710 bina dağılıb.

08:59

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

06:12

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.

05:56

Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin hadisə yerlərindən canlı yayımı və sosial şəbəkələrdəki paylaşımlardan məlum olub.

Ölənlər və yaralananların olması istisna edilmir.

Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.

05:35

Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Paylaş

Xəbər lenti

İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Bu gün, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Bu gün, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Bu gün, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Bu gün, 21:48 Bəzi ərazilərdə su olmayacaq Bu gün, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Bu gün, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Bu gün, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Bu gün, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Bu gün, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Bu gün, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Bu gün, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Bu gün, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Bu gün, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Bu gün, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Bu gün, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Bu gün, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Bu gün, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Bu gün, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Bu gün, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Bu gün, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Bu gün, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Bu gün, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Bu gün, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Bu gün, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Bu gün, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Bu gün, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Bu gün, 17:48 Ucarda sərnişin avtobusu yandı Bu gün, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Bu gün, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Bu gün, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Bu gün, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Bu gün, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Bu gün, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 16:48 Mikayıl Cabbarov: "Şirkətlərimizin Kambocada yeni tərəfdaşlıqlar qurmasını dəstəkləyirik" Bu gün, 16:48 İrandan Azərbaycana qarşı çirkin təxribat: "Dövlətimiz nə lazımdırsa, edir, edəcək" Bu gün, 16:48 Torreyra: "Bizə belə futbolçular lazımdır" Bu gün, 16:48 Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq Bu gün, 16:48 Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb Bu gün, 16:48 Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar Bu gün, 16:48 Məşhur reper ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək Bu gün, 16:48 "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub Bu gün, 16:48 Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" Bu gün, 16:48 Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər? Bu gün, 15:48 "Hörümçək-adam"ın ulduzu boşandığı həyat yoldaşının toyunda aparıcılıq edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR