7-02-2023, 06:25 635

Cahangir Novruzov: “Adanada qohumgildə məskunlaşdıq, evə nə vaxt gedəcəyimizi bilmirik”

“Məlum fəlakətlə bağlı Adanada bir kənddə qohum evində müvəqqəti məskunlaşmışıq. Həyət evidir, nisbətən təhlükəsizdir”.

Bu fikirləri “AVESTA.AZ”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

Cahangir Novruzovun sözlərinə görə, zəlzələ təhlükəsi yenə də gözləndiyi üçün bir neçə gün Adana əhalisi çox mərtəbəli yaşayış evlərinə buraxılmaya bilər: “Bizim binamız 11 mərtəbəlidir, zəlzələyə dayanıqlı olduğu bildirilir. Amma Adanada 16-17 mərtəbəli binalar çökdü.

Çox böyük faciədir. Həmin binalardakı insanların aqibəti məlum deyil. Mən də ailəmlə, nəvəm Cəfərlə buradayıq. Çox ailələrin elektrik enerjisi, təbii qazı kəsilib. Su və qida var. Hələ nə vaxt evimizə buraxılacağıq, məlum deyil”.

C.Novruzov deyib ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları onunla əlaqə saxlayıb, vəziyyətilə və azərbaycanlı tələbələrlə maraqlanıblar: “Şükür ki, tələbələrimizin az qismi Azərbaycandan geri qayıdıb. Onlar imtahanlarını verib, tətilə buraxılmışdılar. Çoxu hələ Azərbaycandadır. Tələbələrimiz təhlükə sovuşduqdan sonra geri dönərlər”.

Professor onu da qeyd edib ki, təbii fəlakət Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunu, qardaşlığını br daha təsdiqləyib: “Yenə də öncə dəstək təklifi Azərbaycandan gəldi. Dost dar gündə tanınar. Biz Azərbaycanın humanist davranışına görə burada başıuca gəzirik və buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik.

Türkiyə Azərbaycan dostluğu bütün türk dünyasına örnəkdir. Bu dərd və Azərbaycanın nümunəvi dəstək addımı demək olar ki, Turan birliyini qurdu. Digər türkdilli dövlətlərdən də Türkiyəyə xilasedici qruplar göndərilməyə başlandı. Allah türk millətini bu bəladan da hifz etsin”.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 min 921 nəfərə, yaralananların sayı isə 15 834 nəfərə çatıb. Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Paylaş

Xəbər lenti

Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb Bu gün, 00:48 Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü Dünən, 23:48 Balina insanı diri-diri uda bilər? Alimlərdən təəccüblü açıqlama Dünən, 23:48 Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək? Dünən, 23:48 Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Dünən, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Dünən, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Dünən, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Dünən, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Dünən, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Dünən, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Dünən, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Dünən, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Dünən, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Dünən, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Dünən, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Dünən, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Dünən, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Dünən, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Dünən, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Dünən, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Dünən, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Dünən, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Dünən, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Dünən, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Dünən, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Dünən, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Dünən, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Dünən, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Dünən, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Dünən, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Dünən, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Dünən, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Dünən, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Dünən, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Dünən, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Dünən, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Dünən, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Dünən, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Dünən, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Dünən, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Dünən, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Dünən, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Dünən, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Dünən, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Dünən, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Dünən, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR