17-04-2023, 21:55 871

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finala yüksəlib - YENİLƏNİB-6

Azərbaycanın daha bir sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib. 

O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq. 

Medal görüşləri sabah gerçəkləşəcək. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

21:23

Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

"Report"un məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar. 

Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq. 

20:58

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib. 

O, həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. 

Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.

20:14

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.

O, həlledici qarşılaşmada Süleyman Atlı (Türkiyə) ilə üz-üzə gələcək. 

Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.

16:56

Azərbaycanın sərbəst güləşçilərinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsindəki rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə finala gedən yolda Simeone Piroddu (İtaliya) ilə üz-üzə gələcək.

70 kq-dakı Hacı Əliyev bu raundda Vasile Diakonla (Moldova), 79 kq-dakı Səbuhi Əmiraslanov Vasili Mixaylovla (Ukrayna) görüşəcək.

97 kq-dakı Maqomedxan Maqomedov Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

16:19

Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.

97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.

65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.

Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

15:30

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.

Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Paylaş

Xəbər lenti

Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48 Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb Bu gün, 12:48 Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR