19-04-2023, 10:50 808

Salvador Dalinin əsərləri ilk dəfə Azərbaycanda - Heydər Əliyev Mərkəzində nümayiş olacaq

Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olacaq.

Bu barədə "AVESTA.AZ"a mərkəzdən məlumat verilib.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alacaq. Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparacaq. Həmin obrazların “canlanacağı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirəcək.

Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın orijinal fotolarının nümayişi olacaq. Dalinin ifasında olan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.

Qeyd edək ki, vaxtı ilə Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur "İlahi komediya"sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Salvador Dalinin əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Rəssamın əsərləri insanların incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.

“Sürrealizm mənəm” sərgisinin Bakıda Heydər Əliyev Mərkəzində açılışının ilin əlamətdar mədəniyyət hadisəsi, incəsənətsevərlər üçün isə əsl hədiyyə olacağı şübhə doğurmur.

Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən mərkəzin kassasından əldə etmək olar.

Paylaş

Xəbər lenti

İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48 Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatıb Bu gün, 14:48 Sentyabrın ilk günlərində gözlənilən hava şəraiti açıqlandı Bu gün, 14:48 Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrın 6-da imtahan olacaq Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq Bu gün, 13:49 60 yaşlı kişi Bakıda hoteldə öldü Bu gün, 13:49 Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:49 Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ Bu gün, 13:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR