1-06-2022, 11:44 1103

Bu gündən 19 minə yaxın səhiyyə işçisinin əmək haqları artırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə bu gündən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.

 

Agentlikdən  verilən məlumata görə, bununla da həkimlərə ödəniləcək əmək haqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.
 
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əmək haqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.
 
Nümunə 1:
 
Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr.
 
Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb.
 
Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir.
 
Nümunə 2:
 
Ailə həkiminin 12-c dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir. 468+500=968.
 
Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.
 
Nümunə 3:
 
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat.
 
Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit aylıq əlavə 350 manat məbləğində müəyyən olunub.
 
Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Paylaş

Xəbər lenti

İstilik pulunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Yeni güzəşt imkanı açıqlandı Bu gün, 21:48 Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 21:48 "Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar Bu gün, 21:48 Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq Bu gün, 21:48 Metroda xətlərin ayrılmasının maliyyə yükü - Ziyan necə kompensasiya olunacaq? Bu gün, 20:48 Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib Bu gün, 20:48 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb Bu gün, 20:48 Həbsdə olan vəkillər azadlığa buraxıldılar Bu gün, 20:48 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Bu gün, 20:48 Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU Bu gün, 19:48 Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB Bu gün, 19:48 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Bu gün, 19:48 "McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb Bu gün, 19:48 "Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" Bu gün, 19:48 Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 19:48 "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Bu gün, 19:48 SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Bu gün, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Bu gün, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Bu gün, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Bu gün, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Bu gün, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Bu gün, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Bu gün, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bu gün, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Bu gün, 17:48 Kredit faizləri niyə azalmır? Bu gün, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Bu gün, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Bu gün, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Bu gün, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Bu gün, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Bu gün, 16:48 Hərbçilərin əməkhaqları artırılır Bu gün, 16:48 Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur Bu gün, 16:48 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Bu gün, 16:48 Dilan Polat saxlanıldı Bu gün, 15:48 Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək Bu gün, 15:48 "Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI Bu gün, 15:48 "Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb Bu gün, 15:48 Qaraçuxur qəbiristanlığının hasarı uçurulub Bu gün, 15:48 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm" Bu gün, 15:48 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib Bu gün, 15:48 Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR