26-05-2023, 19:59 711

Qərb rayonlarında selə görə bağlanmış avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa olunub

Daşkəsən, Göygöl və Goranboy rayonlarında sel səbəbindən yaranan fəsadlar nəticəsində bağlanan avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa olunub.

"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, mayın 25-i axşam saatlarından başlayaraq yağan leysan yağışların yartdığı sel suları yüksək dağlıq kəndlərdə yol təsərrüfatına da zərər vurub.

Selin gətirdiyi iri ağac kötükləri, qaya parçaları və palçıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "AVESTA.AZ"un yerli bürosuna bildirib ki, dünən axşam saatlarından hər üç rayonun yol polisləri əraziyə cəlb olunub, nəqliyyatın hərəkətinin bərpası istiqamətində digər qurumların əməkdaşları ilə yanaşı, onlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: "Kəskin hava şəraiti müşahidə olunan bu rayonlarda axşam saatlarından etibarən hərəkətə bağlanmış bəzi avtomobil yollarında sıxlıq olub. Bunu nəzərə alaraq hərəkətin bərpası üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətinin bərpası üçün işlər aparılıb. Hazırda Daşkəsən, Göygöl və Goranboyda sel fəlakəti olan kəndlərdə nəqliyyatın hərəkətində problem yoxdur".

Onun sözlərinə görə, yerli polis şöbələrinin əməkdaşları da ərazidə öz xidmətlərini davam etdirirlər: "Polislər insanların təxliyəsində, ərazidə elektrik və qaz xətlərində baş verə biləcək təhlükələrin araşdırılmasında da çalışırlar. Onlar sakinlərə məxsus obyektlər və evlərdən, həmçinin tövlələrdən oğurluq olmaması üçün növbə çəkirlər. Eyni zamanda sel təhlükəsi olan sahələrə yaxın insanlara həyatları üçün yaşana biləcək təhlükə ilə bağlı məlumatlar verilir, oradan uzaqlaşmaları üçün müraciətlər edilir".

Qeyd edək ki, qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir. Yağıntılı hava şəraiti mayın 31-nə qədər davam edəcək və çaylarda suyun səviyyəsi artacağı, sel olacağı gözlənilir.

Paylaş

Xəbər lenti

Ucarda ev yanıb kül oldu Bu gün, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Bu gün, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Bu gün, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Bu gün, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Bu gün, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Bu gün, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Bu gün, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Bu gün, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Bu gün, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48 Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 15:48 Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb Bu gün, 15:48 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu Bu gün, 15:48 ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..." Bu gün, 15:48 Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib Bu gün, 15:48 Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır Bu gün, 14:48 İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar Bu gün, 14:48 Prezident: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik Bu gün, 14:48 İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib Bu gün, 14:48 İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb Bu gün, 14:48 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq Bu gün, 14:48 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək Bu gün, 14:48 Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub Bu gün, 14:48 İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir Bu gün, 14:48 Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub Bu gün, 14:48 Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR