9-01-2023, 14:52 881

Qarlı hava şəraiti qərb bölgəsində avtomobil yollarında çətinliklər yaradıb

Ölkə üzrə müşahidə olunan qarlı və əlverişsiz hava şəraiti Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarında, əsasən də ucqar kəndlərə gedən avtomobil yollarında qismən çətinliklər yaradıb və bir neçə avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 8-dən başlayaraq yağan qar gecə saatlarında daha da intensivləşib. Həmçinin temperatur aşağı düşərək avtomobil yollarında buzlanma olub.

Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarının ucqar kəndlərində avtomobil yollarının buz bağlaması və qarlı olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bakı-Qazax magistral yolunun bölgədən keçən hissəsində isə əsasən, gecə və səhər saatlarında avtomobillərin hərəkətində çətinliklər olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, hava şəraiti səbəbindən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

Onun sözlərinə görə, yol qəzaları səbəbindən ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

DİN rəsmisi yolların buzlu və qarlı olması nəzərə alaraq sürücülərdən və həmçinin piyadalardan yol-hərəkət qaydalarına ciddi əməl edilməsini xahiş edib:

"Avtomobillərin şinləri qış mövsümünə uyğun olmadığı halda yola çıxırılmaması tövsiyə edilir. Ara məsafələrin qorunması, ötmə əməllərinə, sürət həddinə diqqət edilməsi vacibdir. Hələ ki, bölgədə 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı xəsarət alan isə yoxdur. Hava şəraiti səbəbindən yollarda yaranmış fəsadları nəzərə alaraq mümkün qədər nəqliyyat vasitələrindən az istifadə edilməsi tövsiyə olunur".

E.Qasımov həmçinin bildirib ki, istər magistral yolda, istərsə də şəhər və rayon yollarında Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hər hansısa avtomobil qəzasının baş verməməsi üçün mümkün olan tədbirlər görülür.

Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən yollara qum səpilir və nəqliyyat vasitələrinin hərəkətinin tam bərpası üçün işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Bu gün, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Bu gün, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Bu gün, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Bu gün, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48 Lavrov Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Saleh Səmədova hökm oxundu Bu gün, 15:48 İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi Bu gün, 15:48 Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48 Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik Bu gün, 14:48 Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır Bu gün, 14:48 Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI Bu gün, 14:48 Kartdan-karta pul köçürmələri ilə bağlı Mərkəzi Bankdan xəbərdarlıq Bu gün, 14:48 Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR