6-06-2022, 15:05 742

Tranzit prosedurunun elektronlaşdırılmasına dair protokol imzalandı

Dövlət Gömrük Komitəsi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında tranzit prosedurunun elektronlaşdırılmasına dair hüquqi sənəd - protokol imzalanıb.

Xatırladaq ki, indiyə qədər BMT-nin Avropa İqtisadi Komissiyasının “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası” çərçivəsində həyata keçirilən yük daşımaları kağız sənəddən ibarət olan BYD Kitabçası (TIR Carnet) vasitəsilə müşayiət olunurdu. İqtisadi proseslərin qloballaşması, ticarət əlaqələrinin yeni formalarının meydana çıxması, eləcə də idxal-ixrac əməliyyatlarının sürətli artımı müasir prinsip və üsullarla fəaliyyət göstərən BYD Kitabçası ilə yük daşımalarının önəmini daha da artırıb. Artan tələbin sürətli və asan şəkildə qarşılanması məqsədilə Konvensiyanın BYD prosedurunun tam elektronlaşdırılması ilə bağlı hüquqi çərçivəni təşkil edən yeni 11-ci Əlavəsi hazırlanıb və sənəd qüvvəyə minib. Yəni BYD Kitabçası ilə yanaşı, onun elektron forması olan eTIR-in tətbiqinə başlanıb.

Dövlət Gömrük Komitəsi və ABADA arasında 14 iyul 2016-cı il tarixində imzalanmış “BYD kitabçaları üzrə Zəmanət Müqaviləsi”nə əlavələr edilməsinə dair protokol eTIR prosedurunun ölkəmizdə tətbiqini reallaşdırmaq üçün hüququ sənəddir. 

eTIR üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, bu sahənin intensiv inkişafına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsinə, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.

Beynəlxalq eTIR sistemi BYD Konvensiyasına uyğun olaraq malların, nəqliyyat vasitələrinin və ya konteynerlərin beynəlxalq tranziti zamanı yarana biləcək gömrük ödənişlərinə dair zəmanət məlumatlarının idarə edilməsini və milli gömrük orqanları arasında etibarlı məlumat mübadiləsini təmin etmək üçün nəzərdə tutulub.

Beləliklə, eTIR beynəlxalq sistemi eTIR prosedurunun işləməsi üçün tələb olunan məlumat axınının elektron qaydada idarə edilməsini ehtiva edir.

eTIR prosedurunun tətbiqi nəqliyyat operatorlarının kağız BYD Kitabçasından (TIR Carnet) istifadə etmək imkanını məhdudlaşdırmır. Bununla belə, TIR proseduru müəyyən marşrut üzrə eTIR proseduru ilə əvəz edilməzdən əvvəl, TIR daşımasında iştirak edən bütün tərəflər bəyannamə, BYD əməliyyatı və zəmanət üzrə məlumatları mübadilə etmək imkanında olmalıdırlar.

Zəmanət Birliyi beynəlxalq, milli və daxili qaydalara uyğun olaraq daşıyıcıya təqdim etdiyi zəmanət üzrə məlumatları standart elektron bildirişlə eTIR beynəlxalq sistemində qeydiyyatdan keçirir.

Yeni sistemin tətbiqi sərhədkeçmə proseslərinə sərf olunan vaxtın ən az 20 faiz azalmasına, resurslardan səmərəli istifadə olunmasına, məlumatların əvvəlcədən əldə olunması hesabına risk analizlərinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş

Xəbər lenti

Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR