
İranın cənub-qərbində, Xuzistan əyalətində yerləşən İze şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.
"Report" xəbər verir ki, bu barədə "Gənc Jurnalistlər Klubu" agentliyi məlumat yayıb.
Məlumata görə, naməlum şəxs minik avtomobilindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, hadisənin motivləri və hazırda harada olması barədə məlumat verilmir.
Hadisə zamanı polis əməkdaşlarından biri ağır güllə yaraları alıb, o, xəstəxanada ölüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.