26-01-2022, 14:50 974

Şuşa həbsxanasında ağlasığmaz işgəncə metodları -

Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsir və girovlara ağlasığmaz metodlarla işgəncələr veriblər, hətta onları bir-birlərinə işgəncə verməyə məcbur ediblər.

Avesta xəbər verir ki bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində danışıb.

“Tarixə nəzər salsaq, görərik ki, hələ I Dünya müharibəsində, əsasən, Türkiyəyə qarşı döyüşmüş erməni terrorçu dəstələri əsirlərə və mülki əhaliyə qarşı çox dəhşətli işgəncə növləri tətbiq ediblər. Bizim apardığımız araşdırmalar göstərir ki, həmin işgəncə növləri I Qarabağ müharibəsində inkişaf etdirilərək yeni çalarlarla tətbiq edilib. Yəni Ermənistan hərbçiləri bu sahədə öz sələflərindən geri qalmayıb, hətta onlardan irəli gediblər”, - İ.Axundov deyib.

Onun sözlərinə görə, I Qarabağ müharibəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, Ermənistan hərbçiləri azərbaycanlı əsir və girovlara özləri işgəncə verməklə yanaşı, onları hər hansı açıq meydanda toplanmış mülki erməni əhalinin də ixtiyarına verərək işgəncələr verdiriblər.

“Eyni zamanda, əsir və girovları bir-birinə qarşı işgəncə verməyə məcbur ediblər. Təsəvvür edin, Şuşa türməsində saxlanılmış əsirlərin bir çoxu bildirir ki, onları türmənin həyətində və hasarın üzərində saatlarla it və digər heyvanların səslərini çıxarmağa məcbur ediblər. Bu cür ağlagəlməz və ancaq erməni terror düşüncəsinin məhsulu olan işgəncə növləri azərbaycanlı əsir və girovlara qarşı tətbiq olunub. Xüsusilə insanların dişlərinin kəlbətinlə çıxarılması, başlarına mismar çalınması, damarlarına dizel yanacağı yeridilməsi və s. həyata keçirilib. Əsirlikdən azad edilənlər danışır ki, Şuşa həbsxanasına yeni gətirilənləri dəmir gürzlə vuraraq onları: “Evimə xoş gəldim” - deməyə məcbur edirmişlər. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Dövlət Komissiyasının əməkdaşları oraya baxış keçirib. Maraqlı fakt ondan ibarətdir ki, əməkdaşlarımız oraya baş çəkərkən əsirlərin haqqında bəhs etdiyi dəmir gürzü də oradan taparaq dəlil kimi götürüblər. Biz həmin gürzü deyilənlərə sübut kimi “Zəfər Muzeyinə” təqdim etməyi düşünürük”, - İşçi qrupunun rəhbəri vurğulayıb.

Xatırladaq ki, I Qarabağ müharibəsində azərbaycanlı əsir və girovlara Şuşa həbsxanasında amansız işgəncələr verən erməni hərbi canilərdən ikisi – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 44 günlük müharibədə döyüşçülərimiz tərəfindən tutulmuşdu. Sonradan bu hərbi canilər Bakıda məhkəmə qarşısına çıxarıldılar və keçmiş hərbi əsirlər zərərçəkənlər qismində onların törətdiyi dəhşətli əməlləri bütün təfərrüatları ilə məhkəmənin gedişində danışdı. Məhkəmənin yekununda Mkrtiçyan və Xosrovyan hərəsi 20 il həbsə məhkum edildilər.

Paylaş

Xəbər lenti

Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü Bu gün, 23:48 Balina insanı diri-diri uda bilər? Alimlərdən təəccüblü açıqlama Bu gün, 23:48 Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək? Bu gün, 23:48 Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Bu gün, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Bu gün, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Bu gün, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Bu gün, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Bu gün, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Bu gün, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Bu gün, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Bu gün, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Bu gün, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Bu gün, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Bu gün, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Bu gün, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Bu gün, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Bu gün, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Bu gün, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Bu gün, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Bu gün, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Bu gün, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Bu gün, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR