30-06-2023, 09:32 776

Son on gündə İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirdikləri əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ”qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də 5300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.

Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin aşkarlanıb.

Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48 Apple gizli təqdimata hazırlaşır: Sensorlu ekranlı MacBook Pro gəlir Bu gün, 11:48 MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib Bu gün, 11:48 Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər Bu gün, 11:48 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR