1-07-2023, 17:34 629

“Azərbaycan polisi dövlətin bel sütunudur və fədakarcasına fəaliyyət göstərir” - RƏY

“Azərbaycan polisinin keçdiyi yol özündə müstəqil dövlətçilik tariximizi əks etdirir”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O xatırladıb ki, Azərbaycan daxili işlər orqanlarının əsası Xalq Cümhuriyyətinin dövründə qoyulub: “Amma təəssüf ki, Azərbaycan cəmi 23 ay yaşaya bildi. Sovetlərin tərkibində yaşadığımız 70 ildə də Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə polisin peşəkar fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılmışdı”.

Deputat vurğulayıb ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşduğumuz dövrdə polisin üzərinə daha böyük vəzifələr düşürdü: “Torpaqlarımızı işğal edərək soyqırımlar törədən erməni işğalçılarına qarşı polisimiz ilk sıralarda dayandı. Öz canını düşmən gülləsinə sipər edən Daxili İşlər Nazirliyinin əməkdaşları Birinci Qarabağ müharibəsində 1700-ə yaxın şəhid verib. 90-cı illərin əvvəlində ölkədə yaranmış xaosun aradan qaldırılması ilə Azərbaycanın müstəqil dövlətçiliyinin gələcəyi müəyyənləşdi. Azərbaycan polisi müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət quruluşuna qarşı olan bütün təhlükələrin aradan qaldırılmasında ilk sıralarda dayandı. Məhz polisin peşəkar fəaliyyəti sayəsində qısa müddətdə ölkədə sabitlik təmin olundu. Cinayətkar dəstələr, separatçı qruplar zərərsizləşdirildi”.

Ümummilli Liderin polisin peşəkar fəaliyyətinə yüksək dəyər verərək 2 iyulun Polis Günü kimi qeyd edilməsi üçün fərman imzaladığını xatırladan A.Badamov əlavə edib ki, məhz ondan sonra hər il bu tarix polis əməkdaşlarının peşə bayramı kimi qeyd olunur: “Polisimiz dünyanı lərzəyə gətirən pandemiyaya qarşı mübarizədə də ön sıralarda dayandı. Gecə-gündüz demədən ictimai asayişi qoruyan polis əməkdaşları pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qorunmasında və vətəndaşların qaydalara riayət etməsində də böyük rol oynadılar. Onlar bu zaman öz sağlamlıqlarını düşünməyərək, həyatlarını təhlükə altına alaraq xidməti davam etdirdilər”.

A.Badamov söyləyib ki, İkinci Qarabağ müharibəsi zamanı da Daxili Qoşunların əməkdaşlarından 66 nəfər şəhid oldu, 346 nəfər hərbi qulluqçusu yaralanıb. 1690 nəfər isə ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif olunublar: “O cümlədən 4 nəfər Milli Qəhrəman adına layiq görüldü. Bu gün də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları ön sıralarda xidmətlərini davam etdirirlər. Həm də ölkədə cinayətkarlığa qarşı mübarizənin aparılması və ictimai-siyasi asayişin təmin edilməsində polis əməkdaşları fədakarcasına fəaliyyət göstərirlər”.

O vurğulayıb ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının əməkdaşlarının maddi təminatının yaxşılaşdırılmasını, məişət-mənzil məsələlərinin həll olunmasını, sağlamlıqlarının qorunmasını daim diqqətdə saxlayır.

Deputatın sözlərinə görə, polis əməkdaşlarının xidmətlərini müasir tələblərə uyğun səviyyədə aparmaları üçün bütün texniki vasitələr və avadanlıqlarla təmin olunurlar.

“Məhz müasir xidmətin formalaşdırılmasının göstəricisidir ki, ölkədə cinayətkarlıq çox aşağı səviyyədədir və cinayət hadisələrinin üstünün açılma səviyyəsi də çox yuxarıdır. Bu gün polisin ayıq-sayıqlığı sayəsində demək olar ki, törədilmiş heç bir cinayət cəzasız qalmır. Polis dövlətin bel sütunudur. Qlobal hesabatda kriminal indeks göstəricisinə görə dünya ölkələri arasında 110-cu yerdə olmağımız polis əməkdaşlarının gərgin əməyi sayəsindədir. Azərbaycan polisi peşəkarlığına görə dünya ölkələri arasında seçilir”, - A.Badamov bildirib.

Paylaş

Xəbər lenti

Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Bu gün, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Bu gün, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Bu gün, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Bu gün, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Bu gün, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Bu gün, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Bu gün, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Bu gün, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Bu gün, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Bu gün, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Bu gün, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Bu gün, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Bu gün, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Bu gün, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Bu gün, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Bu gün, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Bu gün, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Bu gün, 19:48 Ucarda ev yanıb kül oldu Bu gün, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Bu gün, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Bu gün, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Bu gün, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Bu gün, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Bu gün, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Bu gün, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Bu gün, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Bu gün, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR