1-07-2023, 20:32 784

Aqrar Sığorta Fondu: “Güclü yağış və daşqınlardan zərər çəkən təsərrüfatlara kompensasiya veriləcək”

Son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlardan zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya veriləcək.

Bu barədə “Report”a Fonddan bildirilib.

Fond son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb:

“İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu halları qeydə alınıb.

Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyunda 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyunda 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir”.

“İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.

Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kmi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.

Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır”.

Fond bildirib ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.

“Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar”, - Fonddan bildirilib.

Fond bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.

Paylaş

Xəbər lenti

Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Dünən, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Dünən, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Dünən, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Dünən, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Dünən, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Dünən, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Dünən, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Dünən, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR