15-07-2023, 15:43 581

Adrian Mutu:

"İstirahətə gəlməmişəm. Qalibiyyətlər əldə etmək üçün üçün buradayam. Komandanı layiq olduğu zirvələrə qaldırmağa hazıram".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "ağ-qaralar"ın rəsmi televiziyasına müsahibəsində deyib.

44 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə danışıqların bir neçə həftə əvvəl başladığını bildirib: "Uzun sürən danışıqlardan sonra qərarımı verdim. Zəng gəldikdən sonra daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyini öyrənməyə çalışdım. Bilirəm ki, ölkənin çılğın azarkeş qrupuna malik ən böyük klubudur. Məni daha çox təklif olunan layihə cəlb etdi".

Mutu təyinatdan əvvəl "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfla da danışdığını söyləyib: "Onun uzun müddətdir ki, dostuq. Eyni zamanda milli komandanın şərəfini qorumuşuq. Regekampfdan klub haqqında ümumi məlumatları soruşdum və olduqca yaxşı informasiyalar əldə etdim. Amma "Neftçi" haqqında ətraflı danışmadıq, klubu şəxsən özüm araşdırmaq və tanımaq istədim. Çalışacağam ki, məndən əvvəl baş verənlər unudulsun, çünki yeni layihəyə başlayırıq. Burada olduğum üçün çox xoşbəxtəm, uğur qazanmaq üçün də olduqca istəkliyəm. Əminliklə deyə bilərəm ki, nailiyyətlər əldə etmək üçün 200 faiz işləməyə belə hazıram. Bu, mənim üçün böyük çağırışdır. Buna çox ciddi yanaşıram. Ümid edirəm ki, olduqca vacib uğurlar əldə edəcəyəm. Hər şeyin başlanğıcında olduğumuzdan xəbərdaram. Amma üzərimizdə çox işləməli və inkişaf etməliyik".

Rumıniyalı mütəxəssis "Neftçi"nin bir neçə oyununu izlədiyini və bu səbəbdən komandanın bəzi futbolçularını tanıdığını vurğulayıb: "Təlim-məşq toplanışındakı iki matça da baxmışam. Səmimi danışsaq, öz üzərimizdə çox işləməliyik. Bu, olduqca vacibdir. Hansı mövqeyə futbolçuların tələb olunduğu barədə danışmaq isə hələlik tezdir. Çünki bunun üçün mənə vaxt lazımdır. Komandaya bir dəfə məşq keçmişəm. Hər şeyi düzgün qiymətləndirmək üçün zamana ehtiyacım var. Düşünürəm ki, yeni futbolçular da lazımdır. Çünki qarşıda bizi UEFA Konfrans Liqası daxil olmaqla bir neçə yarış gözləyir. Bütün turnirlərdə sağlam rəqabət aparmaq üçün daha geniş heyətimiz olmalıdır".

O, "Neftçi"nin ölkənin ən böyük klubu olduğunu sözlərinə əlavə edib: "Qərarımı verdikdən sonra məni hansı təzyiqlərin gözlədiyini bilirdim. Bundan qorxmuram. Çünki bu, mənə daha çox motivasiya verir və işimə daha çox köklənməyə vadar edir".

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR