25-07-2023, 10:46 944

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq.

"AVESTA.AZ" xəbər verir ki, avqustun 2-dək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.

Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.

2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.

Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.

Paylaş

Xəbər lenti

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Bu gün, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Bu gün, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Bu gün, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Bu gün, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Bu gün, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Bu gün, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Bu gün, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Bu gün, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Bu gün, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Bu gün, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Bu gün, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Bu gün, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Bu gün, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Bu gün, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Bu gün, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Bu gün, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Bu gün, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Bu gün, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Bu gün, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Bu gün, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Bu gün, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Bu gün, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Bu gün, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Bu gün, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Bu gün, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Bu gün, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Bu gün, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Bu gün, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Bu gün, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Bu gün, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Bu gün, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Bu gün, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR