
Tacikistanın Xatlon vilayətində yerləşən Kulyab şəhərində yük maşını digər avtomobillərə və evlərə çırpılıb, ölənlər var.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə TASS-a Respublika Prezidenti yanında Fövqəladə Hallar Komitəsindən bildirilib.
Hadisə nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb əyləclərin sıradan çıxması olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.