16-08-2023, 15:55 978

Təəccübləndirən foto, peşmanlığın izi, dəmir barmaqlıqlar - Bakı İstintaq Təcridxanasından REPOTRAJ

Yəqin ki, cəzaçəkmə müəsisələri və təcridxanaları heç kim arzulamasa da, içəridəki durum hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu marağı dəf etmək, eləcə də məhkumların peşə bacarıqlarının artırılması məqsədilə start verilən yeni pilot layihənin icrası ilə daha yaxından tanış olmaq üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yollanırıq.

Qapının girişində olan zaman təcridxananın azadlığa körpü olan əzəmətli darvazası görünür. Adətən, qapılar üzümüzə çıxış yolu kimi açılır. Amma ilk dəfə idi ki, bir qapını açarkən yolun bağlandığını görürəm. Bunu içəri daxil olduqdan sonra dörd divarda əks-səda yaradan darvazanın cəftəsi çəkilərkən daha dərindən hiss edirəm.

Daxilimi bürüyən bu duyğu və Təcridxana əməkdaşlarının müşayiəti ilə otaqlardan birinə doğru irəliləyirəm. Burada dustaqlara bayırdan qanunsuz olaraq müxtəlif vasitələr keçirməyə çalışan şəxslərdən götürülmüş əşyaların fotoları nümayiş etdirilir. Stenddə çərçivəyə salınmış təəccüb doğuran fotolar var. Fotolardan anlaşılan odur ki, əksəriyyət gətirdiyi əşyanı sovqatın içərisində gizlətməyə çalışıb.

Badımcanı, kartofu oyub içərisində yaxınına telefon keçirməyə çalışanlardan tutmuş, digər qadağan olunmuş əşyaları keçirmək istəyənlər. Burada hətta fotorentgen müayinəsi zamanı məhbuslardan birinin düz bağırsağında mobil telefonun aşkarlanmasının da fotosu nümayiş etdirilir.

Növbəti olaraq digər otağa - mətbəxə keçirik. Elan olunur ki, məhkumların peşə bacarıqlarının artırılması məqsədilə yeni pilot layihəyə start verilib. Belə ki, onlar aşpazlıq kurslarına cəlb olunub.

Həmsöhbət olmaq üçün xörək bişirən məhkumlardan birinə yaxınlaşıb adını soruşuram. Müsahibim Qədir Ağayevin 44 yaşı olmasına baxmayaraq üzündə peşmanlığın dərin izləri - qırışları var. Artıq 1 il 2 aydır ki, İstintaq Təcridxanasında məhkumdur, narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmaqda ittiham edilib. Ona 4 il həbs cəzası verilib. Öncə azadlığın onun üçün nə ifadə etdiyini soruşuram, mənə maraqlıdır ki, məhbus həyatı yaşadığı ötən 1 il 2 ay ona nə öyrədib?

Sual dilimdən çıxan kimi, gözləri yaşarır. Bir neçə dəqiqə heç nə danışmır. Sonra qəhərli və zəif səs tonu ilə “bu suala cavab vermək çox çətindir” deyir:

“Burada bizə münasibət və şərait çox yaxşıdır, ancaq heç bir şey azadlığın yerini vermir. 4 il məhbus həyatı yaşamaq dildə asan səslənir, amma ailəndən, övladlarından ayrı sanki bu müddət 44 ilə bərabər olur. 2 övladım var, qızım hazırda nişanlıdır. Az öncə sual verdiniz ki, azadlıq nədir və daha çox hansı məqamda azadlığım üçün darıxıram? Uşaqlarım gözümün qarşısına gələndə çox darıxıram”.

Q.Ağayev sözlərini bitirib gözündən kənarından süzülüb düşən yaşı silir:

“Törətdiyim əmələ görə çox peşmanam. Buraya düşməzdən əvvəl mebel ustası kimi fəaliyyət göstərirdim. İndi isə aşpazlıq kurslarına cəlb olunmuşuq. Bu mənə və digər məhbus yoldaşlarıma çox yaxşı təsir edir. Həm vaxtımız səmərəli keçir, həm də bu işi dərindən öyrənirik".

O deyir ki, zaman keçsin deyə dustaq yoldaşları ilə söhbətlər edir, azadlığa qovuşduqdan sonrakı həyatın xəyallarını qururlar:

"Zamanımızın tez gəlib keçməsi üçün dustaq yoldaşlarımzla deyib-gülür, söhbət edirik. Azadlığa qovuşacağımız gün barəsində danışırıq. Buradan çıxdıqdan sonra yeni həyat qurmağı, bir daha bura geri dönməməyin xəyallarını qururuq".

Q.Ağayevlə söhbətimi bitirib, digər məhkumlardan biri - Nihat Qənbərovla söhbət edirəm:

“Artıq 1 il 5 aydır ki, buradayam. 3 il müddətinə azadlıqdan məhrum edilmişəm. Təkrar dələduzluq, vətəndaşın etibarından sui-istifadə etdiyim üçün cəzalandırılmışam. İnsan buraya düşdüyü ilk günlərdə şokda olur. Ancaq bir müddət sonra öyrəşməyə çalışırsan. Vaxtım səmərəli keçsin deyə aşpazlığı öyrənməyə səy göstərdim, çox sağ olsunlar şərait yaratdılar. Yemək bişirmək azadlıqda olduğum vaxtdan xoşuma gəlib. İndi bu işi daha da təkmilləşdirirəm. 30 yaşım var. Burada azadlığın nə qədər önəmli olduğunu, yanlış əməllərdən uzaq olmağı öyrəndim. Burada olanda insan öyrənir ki, çıxış yolu var imiş. Sadəcə vacib olan o çıxış yolunu tapıb, düzgün yolda getməkdir”.

N.Qənbərov deyir ki, kitab oxumağı çox sevir:

“Təcridxanada geniş kitabxanamız var. Kitab oxumağı çox sevirəm. Xüsəsən Azərbaycan ədəbiyyatını oxuyuram. Elxan Elatlı, Çingiz Abdullayev, Varis Yolçuyevin, qadın yazıçılardan Əzizə Cəfərzadənin əsərləri xoşuma gəlir. İnsanın burda düşünməyə daha çox vaxtı olur, insan daha çox azadlığa çıxıdıqdan sonrakı həyatı haqqında düşünür. Azadlığın nə olduğunu isə televizora baxanda daha yaxşı hiss edirsən. Şəhər görüntüləri göstəriləndə darıxmağa başlayırsan. Ailəm, dostlarım, etdiyim səfərlər üçün darıxıram”.

Məhkumlarla söhbətdən sonra ətrafa göz gəzdirirəm. Mətbəxin divarlarına çəkilmiş maraqlı rəsmlər diqqət çəkir. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirir ki, divarlara çəkilən rəsmlərin hər biri məhkumların öz əl işidir.

Deyəsən, buranın ab-havasındadır. Məni də qəribə düşüncələr və məyusluq hissi bürüyür. İnsanların azadlığın qədrini gec - daşın topuğa dəydi anda dərk etməsinə çox kədərlənirəm. Asta addımlarla girişdəki qapıya yaxınlaşıram. Açılması və bizim bayıra çıxmağımız üçün üçün darvazanın bəndi çəkilir. Mənə elə gəlir ki, bu dəfə bənd çəkilərkən heç bir səs eşidilmir...

Paylaş

Xəbər lenti

Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Dünən, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Dünən, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Dünən, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Dünən, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR