
“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının Niderland Qran-prisində sıralama turunun qalibi olub.
“Report”un məlumatına görə, niderlandlı sürücü ən yaxşı dövrəni 1 dəqiqə 10,567 saniyəyə qət edib.
İkinci pilləni “McLaren”in pilotu Lando Norris (+0,537), üçüncü yeri isə “Mercedes” komandasından Corc Rassell (+0,727) tutub.
Sessiya bazar günü keçiriləcək yarışın start sırasını müəyyən edib.
Qeyd edək ki, Niderland Qran-prisi avqustun 27-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.