
AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Record club" komandasının məşqçisi Ali Sabahiaghghalehi 5 oyunluq cəzalandırıb.
"AVESTA.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin “Yasamal Bakı” ilə görüşün 40-cı dəqiqəsində hakimə qarşı fiziki təzyiqə cəhd etməsi səbəb olub.
Sabahiaghghaleh birbaşa qırmızı vərəqə də alıb.
Futbol üzrə Gənlər Liqasında çıxış edən “Araz-Naxçıvan”ın baş məşqçisi Xəyal Mustafayev də eyni cəza ilə üzləşib. O, “Qarabağ”la görüşdə hakimi təhqir etdiyi üçün texniki zonadan qovulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.