
Argentinada keçirilən prezident seçkilərində səsvermə başa çatıb.
"AVESTA.AZ" xəbər verir ki, ölkənin ən ali postuna əsas namizədlər keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç, ifrat sağçı Xavyer Miley, həmçinin iqtisadiyyat naziri Serxio Massa hesab olunur.
Yerli "TN" telekanalının məlumatına görə, dövlət başçısı vəzifəsinə namizədlərin komandaları tərəfindən keçirilən ekzitpollar göstərir ki, heç kim ilk turda qalib gəlmək üçün lazımi sayda səs toplamayıb.
Xavyer Mileyin komandası seçkilərdə lider olduqlarını və "Vətən Naminə Birlik" hakim koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa ilə birlikdə ikinci tura çıxdıqlarını iddia edir. Ən böyük müxalif koalisiyanı təmsil edən Patrisiya Bullriçin komandası da ekzitpolların nəticələrinə istinad edərək seçkilərin ikinci turununun keçiriləcəyini düşünür.
Milli Seçki Palatasının məlumatına görə, ölkəd seçici aktivliyi 74 % olub, səsvermə günü ciddi pozuntular qeydə alınmayıb. İlk turda qalib gəlmək üçün namizəd azı 45 və ya 40 % səs toplamalıdır. İkinci halda namizəd ən yaxın izləyicisindən azı 10% çox səslə irəlidə olmalıdır.
Əgər ali dövlət postuna namizədlərdən heç biri bu nəticəyə nail olmasa, səsvermənin ikinci turu noyabrın 19-da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.