14-12-2023, 09:51 676

Mədəniyyət Nazirliyi Ramiz Məlikin vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət Nazirliyi Xalq atisti Ramiz Məlikin vəfatı lə bağlı nekroloq yayıb.

"AVESTA.AZ"un məlumatına görə, mətndə deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik dekabrın 14-də vəfat edib.

Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.

Marsel («Hamlet», V. Şekspir), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Valter («Yad adam», L.Frank), Arif («İblis», H.Cavid ), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N.Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ” A.Kristi) Aqşin («Od gəlini», C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı «Mehman», «Bir cənub şəhərində», «O qızı tapın», «Sevinc buxtası», «Babək», «Qəm pəncərəsi», «Qara gölün cəngavərləri» və s. bədii, «Şərqin səhəri», «Günahsız Abdulla», «Kimin sualı var?» və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb.

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə «Şöhrət» ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"

Paylaş

Xəbər lenti

Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Bu gün, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Bu gün, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Bu gün, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Bu gün, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Bu gün, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Bu gün, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Bu gün, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Bu gün, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Bu gün, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Bu gün, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Bu gün, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Bu gün, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Bu gün, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Bu gün, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Bu gün, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Bu gün, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Bu gün, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Bu gün, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Bu gün, 17:48 Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır Bu gün, 17:48 Qazaxıstan Prezidenti Azərbaycana gəlib Bu gün, 17:48 Polkovnik-leytenantın ölümünün təfərrüatı: Restoranda yıxılıb, başı betona dəyib Bu gün, 17:48 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır Bu gün, 17:48 Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48 İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub Bu gün, 15:48 Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI Bu gün, 15:48 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Bu gün, 15:48 Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş... Bu gün, 15:48 Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR