
"Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçiriləcək yoxlama oyununun stadionu dəyişdirilib.
Bu barədə "Report"a Naxçıvan təmsilçisindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-da, saat 15:00-da start götürəcək qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda gerçəkləşməyəcək.
Görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.