29-02-2024, 15:40 530

Silk Way West Airlines yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyi standartlarını qoruyur

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) sertifikatını yenilədiyini elan edir. Bu mühüm nailiyyət aviaşirkətin təhlükəsizlik və əməliyyat mükəmməlliyinə davamlı sadiqliyini vurğulayır.

Silk Way West Airlines artıq 6-cı dəfədir ki, IOSA auditindən uğurla keçməklə hava yükdaşımalarında beynəlxalq təhlükəsizlik tələblərinə ardıcıl riayət etdiyini sübut edir.

Bu audit şirkətin yeni IOSA standartlarına və təcrübələrinə uyğunlaşmaq və onları qəbul etmək bacarığının təzahürüdür. Çoxşaxəli qiymətləndirmə bir çox əməliyyat sahələrini, o cümlədən, yük və uçuş əməliyyatları, yerüstü idarəetmə, texniki xidmət və hava hərəkəti təhlükəsizliyini əhatə edərək Silk Way West Airlines-ın misilsiz təhlükəsizlik göstəricilərini saxlamaq üçün fədakarlıq nümayiş etdirir.

Silk Way West Airlines şirkətinin Korporativ Keyfiyyət və Uyğunluq Təminatı üzrə vitse-prezidenti Darko Vuçiç aviaşirkətin təhlükəsizlik və müştəri məmnuniyyətinə sadiqliyini vurğuladı: "Müştərilərimizin gözləntilərini qarşılamaqla yanaşı yüksək səviyyəli beynəlxalq təhlükəsizlik standartlarına nail olmaq və onları üstələmək bizim əsas prioritetimizdir. IATA tərəfindən bilavasitə idarə olunan risklərin dəyərləndirilməsi əsasında keçirilmiş audit prosesinin nəticəsində IOSA sertifikatının yenilənməsi əməliyyat mükəmməlliyinə və təhlükəsizliyinə olan sarsılmaz sadiqliyimizin sübutudur və qlobal təhlükəsizlik sahəsində məqsədlərimizə nail olmaqda bir töhfədir".

2015-ci ildə IATA-ya üzv olduqdan etibarən Silk Way West Airlines IOSA audit proqramının tələblərini ardıcıl olaraq yerinə yetirir və üstələyir. Bu davamlı öhdəlik aviaşirkətin təhlükəsizliyə sadiqliyini təsdiq etməklə yanaşı, onun etibarlı hava yükdaşıma həlləri təminatçısı kimi reputasiyasını qlobal miqyasda gücləndirir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Paylaş

Xəbər lenti

Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü Dünən, 23:48 Balina insanı diri-diri uda bilər? Alimlərdən təəccüblü açıqlama Dünən, 23:48 Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək? Dünən, 23:48 Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Dünən, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Dünən, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Dünən, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Dünən, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Dünən, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Dünən, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Dünən, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Dünən, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Dünən, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Dünən, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Dünən, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Dünən, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Dünən, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Dünən, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Dünən, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Dünən, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Dünən, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Dünən, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Dünən, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Dünən, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Dünən, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Dünən, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Dünən, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Dünən, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Dünən, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Dünən, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Dünən, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Dünən, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Dünən, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Dünən, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Dünən, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Dünən, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Dünən, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Dünən, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Dünən, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Dünən, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Dünən, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Dünən, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Dünən, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Dünən, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Dünən, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Dünən, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Dünən, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR