3-09-2022, 16:00 690

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verənlərin adları açıqlanıb, onlar saxlanılıb - YENİLƏNİB-6

Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

15:02

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

11.30

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

10.33

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

10.23

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bununla bağlı Dövlət Komitəsi  və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə  hüquqi qiymət veriləcək".

10:12

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

09.28

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Paylaş

Xəbər lenti

Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Bu gün, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Bu gün, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Bu gün, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Bu gün, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48 Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq Bu gün, 10:48 Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik Bu gün, 10:48 Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - SƏBƏB Bu gün, 10:48 "Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" Bu gün, 10:48 Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb Bu gün, 10:48 Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab Bu gün, 10:48 Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb Bu gün, 09:48 Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası Bu gün, 09:48 Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 09:48 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər? Bu gün, 09:48 "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb Bu gün, 09:48 Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR