4-03-2024, 18:28 605

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

"Report" xəbər verir ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.

Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir.

Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib.

2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.

O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub.

Ş.Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr, 2006-2008-ci illərdə rayon mərkəzi xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifəsində çalışıb. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib.

2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca cərrahdır.

O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.

2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib.

2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır.

2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.

2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

Paylaş

Xəbər lenti

Metroda xətlərin ayrılmasının maliyyə yükü - Ziyan necə kompensasiya olunacaq? Bu gün, 20:48 Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edilib Bu gün, 20:48 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb Bu gün, 20:48 Həbsdə olan vəkillər azadlığa buraxıldılar Bu gün, 20:48 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Bu gün, 20:48 Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU Bu gün, 19:48 Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB Bu gün, 19:48 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Bu gün, 19:48 "McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb Bu gün, 19:48 "Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" Bu gün, 19:48 Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 19:48 "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Bu gün, 19:48 SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 18:48 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Bu gün, 18:48 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 18:48 Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb Bu gün, 17:48 Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən yeni dronu nümayiş olunub Bu gün, 17:48 "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı Bu gün, 17:48 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ Bu gün, 17:48 Pilotun təyyarəyə bıçaqla minməsi necə mümkün olub? Bu gün, 17:48 12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim" Bu gün, 17:48 Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bu gün, 17:48 Azərbaycan yeni mərmiatan dron istehsal edib Bu gün, 17:48 Kredit faizləri niyə azalmır? Bu gün, 17:48 Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb Bu gün, 17:48 Deputatların pensiyalarının hesablanması ilə bağlı YENİ QAYDA Bu gün, 17:48 "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı Bu gün, 17:48 Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır Bu gün, 16:48 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" Bu gün, 16:48 Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı Bu gün, 16:48 Hərbçilərin əməkhaqları artırılır Bu gün, 16:48 Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur Bu gün, 16:48 Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb Bu gün, 16:48 Dilan Polat saxlanıldı Bu gün, 15:48 Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək Bu gün, 15:48 "Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI Bu gün, 15:48 "Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb Bu gün, 15:48 Qaraçuxur qəbiristanlığının hasarı uçurulub Bu gün, 15:48 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm" Bu gün, 15:48 Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib Bu gün, 15:48 Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır Bu gün, 14:48 Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur Bu gün, 14:48 Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib Bu gün, 14:48 Bolqarıstanda klub prezidenti evinin qarşısında güllələndi Bu gün, 14:48 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR