
Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.
Azərbaycan Atıcılıq federasiyasından "Report"a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.