26-04-2024, 12:56 561

Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb

1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Dövlət başçısının müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 1-3 may tarixlərində növbəti – VI Forumun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Tədbirlər Planı təsdiq edilib.
Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.
Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.
Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

Paylaş

Xəbər lenti

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR