15-05-2024, 11:57 570

AQTA: Azərbaycan xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə kimi tanınır

Bu ayın sonunda Parisdə keçiriləcək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim edilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərinin açılış mərasimində deyib.

O vurğulayıb ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib: “Qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi, biotəhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər, həmçinin idxal və ixrac əməliyyatları zamanı nəzarətin beynəlxalq standartlara uyğun tənzimlənməsi bu istiqamətdə öz müsbət nəticəsini göstərməkdədir. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub”.

Q.Təhməzli qeyd edib ki, beynəlxalq ticarət qaydalarına əsasən, heyvan və heyvan mənşəli məhsulların ixracı yalnız heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən və ya sağlamlıq statusu əldə etmiş regionlardan həyata keçirilir : “Bu istiqamətdə də müvafiq tədbirlər görülüb. Donuzların Afrika taunu xəstəliyindən ölkəmizin azad olması barədə illik hesabat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qəbul olunub və Azərbaycan 2024-cü il üzrə sözügedən xəstəlikdən azad ölkələrin siyahısına daxil edilib”.

AQTA sədri qeyd edib ki, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının təsdiqlənməsi üçün hesabat hazırlanıb: “Bu hesabat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Təşkilatın Elm Komissiyası tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verməsi təsdiq edilib".

Paylaş

Xəbər lenti

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Bu gün, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Bu gün, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Bu gün, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Bu gün, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Bu gün, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Bu gün, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Bu gün, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Bu gün, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Bu gün, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Bu gün, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Bu gün, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Bu gün, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Bu gün, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Bu gün, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Bu gün, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR