
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib.
"Report" xəbər verir ki, II Liqanın gümüş medalçısı "Cəbrayıl"la I Liqanın 10-cusu "Araz Saatlı" arasında keçiriləcək ilk oyun, birincilərin ev sahibliyi ilə iyunun 9-u saat 18:30-da “ASCO Arena”da reallaşacaq.
Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq. İyunun 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək.
Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.