1-06-2024, 21:33 538

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan Dövlət Universitetində dünyaşöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərlə görüş keçirilib.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, görüşdə Naxçıvan Dövlət universitetinin rektoru Elbrus İsayev Türk qardaşlığını əziz tutan, Azərbaycanı öz ölkəsi qədər sevən Əziz Səncəri ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Rektor bugünkü görüşü ali təhsil ocağının tarixində əlamətdar hadisə kimi qiymətləndirib: “Əziz Sǝncǝr şəxsiyyəti elm sahəsində Nobel mükafatı alan ilk türk alimi kimi bizim üçün çox ǝzizdir”.

Elbrus İsayev qeyd edib ki, Əziz Səncər Qarabağ Zəfərini Türkiyə qurtuluş savaşından sonra türk xalqının ikinci böyük qələbəsi kimi dəyərləndirib. Xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 10 sentyabr tarixli Sǝrǝncamı ilǝ Nobel mükafatçısı, görkəmli alimi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilǝ təltif edilib.

Rektor rəhbərlik etdiyi universitetin qardaş Türkiyə universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb: “Türkiyənin 80-ə yaxın universitetləri ilə əlaqələrimiz mövcuddur. Universitetdə 2000-ə yaxın türkiyəli tələbə təhsil alır”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu auditoriyada Nobel mükafatçısı Əziz Səncərlə görüşməkdən duyduğu sevinc hissini ifadə edib. Akademik görüşü Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrində möhtəşəm hadisə kimi dəyərləndirib.

Əziz Səncər hər kəsi salamlayaraq Azərbaycana olan sonsuz sevgisindən danışaraq, buranı öz vətəni kimi sevdiyini vurğulayıb.

"Türk dünyasının birliyini görmək istəyirəm. Bu, mənim ən böyük arzum olub",-deyən Əziz Səncər Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni bütün Türk dünyasının zəfəri hesab edib.

Nobel mükafatçısı alim istǝnilǝn uğurun qazanılmasında yalnız zəhmət vǝ fədakarlığın durduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, texnologiya nə qədər müasir dövrümüzə nüfuz etsə də, amma insanların təməl elmləri öyrənməsi daha vacibdir. “Eyni zamanda, bütün elmlərin əsasında insanlıq durmalı, oxuduğun, tətbiq etdiyin elm sahəsi bütün insanlığa faydalı olmalıdır”, - deyə dəyərli alim öz tövsiyələrini auditoriyaya ünvanlayıb.

Nobel mükafatçısı Əziz Səncər tələbələrin suallarını cavablandırıb.

Görkəmli alim universitetin professor-müəllim heyəti adından mükafatlandırılıb.

Universitet Elmi Şurasının Nobel mükafatçısı Əziz Səncərin adına təsdiq etdiyi tələbə təqaüdü görkəmli alimin iştirakı ilə Tibb fakültəsinin III kurs tələbəsi Nəzrin Həsənovaya təqdim edilib.

Qeyd edək ki, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya da görüşdə iştirak edib.

Paylaş

Xəbər lenti

SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48 "Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur Bu gün, 14:48 ADMİU-nun tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI Bu gün, 14:48 SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Bu gün, 14:48 "Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır Bu gün, 14:48 Startap və KOB-larla dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub Bu gün, 14:48 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edilib Bu gün, 14:48 Rüfət Axundovun qızı universitetə qəbul oldu Bu gün, 14:48 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48 "İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı Bu gün, 13:48 Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?" Bu gün, 13:48 Meyxanaçılar arasında DAVA: Balaəli həmkarına BUTULKA ATDI Bu gün, 13:48 Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub Bu gün, 13:48 Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir" Bu gün, 13:48 Saturnun cənub qütbündə nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlanıb Bu gün, 13:48 ABŞ orbitə kosmik silah yerləşdirdi - təfərrüatlar açıqlanmadı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR