
Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
"AVESTA.AZ" xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.
"Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır", - D.Gül deyib.
Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.
Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.
“AVESTA.AZ” TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.
Telekanalın məlumatına görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.
Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir.
Dağıntılar altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə işləri davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.