
Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.
"AVESTA.AZ"un Muğan bürosu xəbər verir ki, o bu gün 56 yaşında vəfat edib.
Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.