
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
"AVESTA.AZ"un məlumatına görə, müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
“Hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib”, - sənəddə deyilir.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.