
Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi olub, 5 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzalardan biri Daş Salahlı kəndində yaşlı piyadanı avtomobil vurub. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.