13-09-2024, 18:20 628

ADSEA: Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir.

“Report” xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev bildirib ki, şəhərdə bu il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1 500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 % su xətti, 44 % kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunur”.

Gəncə şəhərinin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41 530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.

Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəz olunub.

Şəhərin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır.

Sukanal İdarəsinin rəisi onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov küçəsindəki diametri 300 millimetrlik polad borudan ibarət magistral su xəttində qəza olub, dərhal təmir işlərinə başlanılıb, problem qısa müddətdə aradan qaldırılıb, suyun verilməsi bərpa edilib.

Gəncə şəhər Sukanal İdarəsi yerli əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası və yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.

Paylaş

Xəbər lenti

"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Bu gün, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Bu gün, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Bu gün, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Bu gün, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Bu gün, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Bu gün, 21:48 Masazırda duz yığımı dayanıb? Bu gün, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Bu gün, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Bu gün, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Bu gün, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Bu gün, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Bu gün, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Bu gün, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Bu gün, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Bu gün, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Bu gün, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Bu gün, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Bu gün, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Bu gün, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Bu gün, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Bu gün, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Bu gün, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Bu gün, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Bu gün, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR