21-09-2024, 15:45 499

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

Sentyabrın 20-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ötən bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında enerji sektoruna dair səsləndirdiyi fikirlər əsasında hazırlanan videoçarx təqdim edilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan Prezidenti İlham Əliyevin neftçilərə təbrik məktubunun mətnini oxuyub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti neft-qaz sənayemizin inkişafına, neftçilərə göstərilən davamlı dəstəyə görə Prezident İlham Əliyevə neftçilər adından minnətdarlığını ifadə edib.

R.Nəcəf Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, enerji strategiyasının müəllifi Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin neft-qaz sənayesində əldə olunan uğurların təməlini qoyduğunu, ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi tərəqqisinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə əlverişli zəmin yaratdığını bildirib. 19-20 sentyabr 2023-cü ilin şanlı tariximizdə növbəti Zəfər salnaməsinin yazılması ilə əlamətdar olduğunu söyləyən Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq və böyük şücaət nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüz və dövlət suverenliyimizin tam təmin olunduğunu qeyd edib.

R.Nəcəf dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 20 sentyabr tarixinin ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilməsinin, həmçinin bu tarixin Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasının böyük qürur və iftixar hissi doğurduğunu ifadə edib.

Azərbaycanın dünyada neft və qaz ilə yanaşı, neft və neft-kimya məhsulları ixrac edən ölkələrdən biri kimi də mövqeyini davamlı olaraq gücləndirdiyini ifadə edən R. Nəcəf SOCAR tərəfindən icra olunan layihələrin iqtisadiyyata əlavə dəyər qazandırılmasında, “yaşıl” enerji keçidində, qeyri-neft sektorunun, kiçik və orta biznes subyektlərinin inkişafında önəmli rol oynayıdığını qeyd edib.

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Neftçilər Günü və “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirakdan böyük şərəf duyduğunu ifadə edib. Vitse-prezident Azərbaycanın 20 sentyabr 1994-cü il tarixindən etibarən qazanılan uğurlar sayəsində dünyanın neft istehsal edən qlobal enerji təchizatçılarından birinə çevrildiyini bildirib.

Milyonlarla insanın enerji təhlükəsizliyində “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının rolundan bəhs edən Q.Birrel bu Sazişin Azərbaycana və bütün regiona iqtisadi firavanlıq gətirdiyini vurğulayıb.

Sonra qocaman neftçi Firdovsi Əhmədov tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.

Tədbir çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi olub.

SOCAR, bp, “ONGC Videsh”, TPAO, “ExxonMobil”, “Itochu”, Inpex”, “MOL Group”, “Equinor” şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” sənədi imzalanıb.

Həmçinin SOCAR və BP şirkəti arasında enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə apstrim neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında və “Qarabağ” neft yatağı və “Əşrəfi–Dan Ulduzu–Aypara” sahəsinə dair Anlaşma memorandumları imzalanıb.

Eyni zamanda, SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. Zərflər SOCAR-ın prezidenti R. Nəcəf, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tərəfindən möhürlənib.

Sonra mərasim bədii hissə ilə davam etdirilib, “Dörd dost” qısametrajlı filmi nümayiş etdirilib və konsert proqramı təqdim olunub.

Paylaş

Xəbər lenti

Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb Bu gün, 00:48 Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü Dünən, 23:48 Balina insanı diri-diri uda bilər? Alimlərdən təəccüblü açıqlama Dünən, 23:48 Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək? Dünən, 23:48 Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Dünən, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Dünən, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Dünən, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Dünən, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Dünən, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Dünən, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Dünən, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Dünən, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Dünən, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Dünən, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Dünən, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Dünən, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Dünən, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Dünən, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Dünən, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Dünən, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Dünən, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Dünən, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Dünən, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Dünən, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Dünən, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Dünən, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Dünən, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Dünən, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Dünən, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Dünən, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Dünən, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Dünən, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Dünən, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Dünən, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Dünən, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Dünən, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Dünən, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Dünən, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Dünən, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Dünən, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Dünən, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Dünən, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Dünən, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Dünən, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Dünən, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Dünən, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR