9-11-2024, 14:00 470

Azərbaycanın fındıq bağlarında məhsuldarlıq azalıb

Azərbaycanda havaların qeyri-sabit keçməsi fındıq bağlarında məhsuldarlığı azaldıb.

Bunu “AVESTA.AZ”a açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Məhsuldarlıq 10 - 50 % azalıb

Onun sözlərinə görə, il ərzində fındıq bağlarının olduğu rayonlara bir neçə dəfə dolu yağıb, bu da məhsuldarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq ölkənin ayrı- ayrı regionlarında 10 %-dən 50 %-ə qədər azalıb. Bununla belə, əsas fındıqçılıq təsərrüfatlarının yerləşdiyi Qəbələ-Oğuz bölgəsində məhsuldarlıq normadan yüksək, məhsul isə daha keyfiyyətli olub".

İ.Orucov fındıq tədarükünə mənfi təsir edən digər amillərin olduğunu da qeyd edib: "Bu il rayonlarda qəhvəyi mərmər bağacığı xeyli artıb. İndi Qida Təhlükəsizliyi Agentliyi onunla aktiv mübarizə aparır. Amma fermerlər də bu prosesə qoşulmalıdır. Çünki bu xəstəliyin qarşısı alınmasa bizi böyük fəsadlar gözləyir. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdlər təbii yolla (uçmaqla) 35-100 km məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilməlidir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanmalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır”.

Fındığı nəm yerə saxlayırlar

Bundan başqa, Assosiasiya rəhbəri deyib ki, fermerlər fındığı nəm yerdə saxlamaqla məhsulu xarab edirlər: “Biz daima fermerlər arasında maarifləndirmə işləri aparırıq ki, fermerlər məhsulu normalara uyğun şəkildə saxlasınlar. Əfsus ki, fermerlərin bir hissəsi fındığın çəki itirməməsi üçün onu rütubətli yerdə saxlayır. Bu da məhsulun keyfiyyətini aşağı salır”.

Statistika nə deyir?

2023-cü ildə Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektar olub. Bağların 95,6 %-i ənənəvi, 4,4 %-i isə intensiv bağlardır, 24,7 %-i Zaqatala, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6%-i İsmayıllı, 1,5 %-i Quba olmaqla, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşüb.

Ötən il ölkədə 75,4 min ton fındıq istehsal edilib ki, bunun da 90 %-dən çoxu 8 rayonun payına düşüb. O cümlədən, Zaqatala 42,5 %, Xaçmaz 11,2 %, Qəbələ 9,9 %, Balakən 9,1%, Qax 7 %, Şəki 5,3 %, Qusar 4,6 %, Qazax isə 1,7 % paya malik olub. 2023-cü ildə fındığın məhsuldarlığı 1 hektara 13,9 sentner, onun 1 kiloqramının orta topdan satış qiyməti isə 4,10-5,76 manat təşkil edib.

2023-cü ildə Azərbaycan 119 milyon 555 min ABŞ dolları dəyərində fındıq ixrac edib. Bunun 51,9 %-i (62 milyon 96 min ABŞ dolları) Rusiya, 18,6 %-i (22 milyon 208 min ABŞ dolları) Almaniya, 13,1 %-i (15 milyon 699 min ABŞ dolları) İtaliya, 16,4 %-i (19 milyon 551 min ABŞ dolları) isə digər ölkələrin payına düşüb.

Ötən il fındıq ixracının 97,1%-i ləpə, 2,9 %-i isə qabıqlı formada həyata keçirilib. Əvvəlki ilə nisbətən qabıqlı fındıq ixracı 13 % azalıb, ləpə ixracı isə 8,7 % artıb.

Bu il ixracda Rusiya və digər ölkələrin payı bərabər olacaq

İ.Orucov deyr ki, Azərbaycan fındığı MDB (Rusiya, Qazaxıstan, Özbəkistan) və Avropa İttifaqı (İtaliya, Almaniya, Fransa, Çexiya) ölkələrinə ixrac edilir: “Ötən il ixracın 60 %-i Rusiyanın, 40%-i isə digər ölkələrin payına düşüb. Hesab edirəm ki, bu il ixracda Rusiyanın payı 50 %-ə düşəcək. Çünki Rusiyadan ölkəmizə pul köçürmələrində böyük problemlər var. Ödəmələr əvvəllər ABŞ dolları ilə idi, indi isə bir çox banklar dollarla ödəniş etmir. Rusiya rublunun məzənnəsinin hər gün dəyişməsi isə sahibkarların ziyanla işləməsinə səbəb olur. Üstəlik, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi məhsulun dəyərini artırır, dəyər artanda isə istehlak azalır”.

Paylaş

Xəbər lenti

Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48 Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq Bu gün, 10:48 Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik Bu gün, 10:48 Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - SƏBƏB Bu gün, 10:48 "Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" Bu gün, 10:48 Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb Bu gün, 10:48 Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab Bu gün, 10:48 Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb Bu gün, 09:48 Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası Bu gün, 09:48 Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 09:48 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər? Bu gün, 09:48 "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb Bu gün, 09:48 Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR